Evdə təhsilə cəlb olunan şagirdlərlə pedaqoji-psixoloji və metodik işlərin aparılması işi

      Məktəbə getmək, elm və bacarıq öyrənmək sevincini yaşayan uşaqlarla yanaşı sağlamlıq imkanlarının məhdudluğu səbəbindən bu sevinci yaşamaqdan məhrum olan uşaqlar da var. Bu uşaqlar orta təhsillərini məktəbdə deyil, ev şəraitində davam etdirmək məcburiyyətindədirlər. Məktəbimizdə də Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın qərarı ilə bu il 23 nəfər sağlamlıq imkanları məhdud uşaq evdə təhsilə cəlb olunub. Evdə təhsilə cəlb olunmuş şagirdlərə dərslər tədris planına uyğun olaraq ixtisas müəllimləri tərəfindən tədris olunur. Məktəb rəhbərliyi həmin şagirdlərin zəruri bilik, bacarıqlara yiyələnmək istiqamətində görülən işləri daim diqqət mərkəzində saxlayır. Vaxtaşırı olaraq fənn müəllimləri ilə söhbətlər aparılır,valideynlərlə görüş təşkil olunur. Şagirdlərin təhsili, valideynlərlə razılaşdırılmış dərs cədvəli, müəllimlərin dərslərə davamiyyəti və dərs metodikası müzakirə olunur. Şagirdlərin gündəlik fəaliyyətinin izlənilməsi məqsədi ilə portfoliolara baxılır, summativ qiymətləndirmələrdə qarşıya çıxan problemlərin aradan qaldırılması istiqamətində görüləcək işlər planlaşdırılır.

       Görülən işlərdə qarşıya qoyulan əsas bir məqsəd var: sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığı, onların cəmiyyətə uyğunlaşdırılması, o cümlədən özünəxidmət vərdişlərinin yaradılması istiqamətində var gücümüzlə çalışıb sağlamlıqlarının bərpasına şərait yaratmağı təmin etmək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi