“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəbdaxili seçim turu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə uyğun olaraq, şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək və mütaliəyə meyil və maraqlarını gücləndirmək üçün onların arasında sağlam rəqabət yaradılmasına nail olmaq məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəbdaxili seçim turu məktəbimizin kitabxanasında keçirildi. Şagirdlər oxuduqları əsərləri məktəb rəhbərliyi ilə birgə dəyirmi masada müzakirə etdilər, sonra şagirdlər oxuduqları əsərin məzmununa uyğun tərtib olunmuş test suallarına cavablandırdılar. Test tapşırıqları ədəbiyyat metodbirləşmə rəhbəri tərəfindən yoxlanılıb müəyyən edilmiş meyarlar əsasında qiymətləndirildi. Müzakirələrin və tapşırıqların nəticələrinə əsasən İbrahimli Arzu,Həsənova Bahar,Əhmədova Zümrüd “Ədəbiyyat biliciləri” müsabiqəsində iştirak etmək şansı qazandılar.Məktəbimizdə keçirilən tədbirlərə yazıçıların, şairlərin dəvət edilməsi, şagirdlərin oxuduqları bədii əsərlərin dəyirmi masada müzakirəsi,ibtidai siniflərdə isə şagirdlərin nağılları səhnələşdirib valideynlərin, müəllimlərin qarşısında xüsusi bacarıq və istedadla təqdim etmələri, əsərin müsbər və mənfi qəhrəmanlarını emosional şəkildə canlandırmaları,şagirdlərin rəğbətləndirici diplomlarla ,fəxri fərmanlarla təltif olunmaları, məktəb kitabxanaçısı məktəblilərin müstəqil mütaliəsinə xidmət göstərən bədii ədəbiyyatın siyahısını tərtib edib “Kitab bilik mənbəyidir, çox oxuyan çox bilər”guşəsində yerləşdirməsi, bir daha şagirdlərdə ədəbiyyata maraq oyadıb, onların istedadlarının üzə çıxmasında mühüm rol oynayır.Şagirdlərimizə müsabiqədə uğulu nəticə arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi