1 Mart - Mülki Müdafiə Günüdür

      Hərbi müəllim R.Şamidov şagirdlərə Beynəlxalq Mülki Müdafiə Təşkilatı və 1 Mart - Mülki Müdafiə Gününün yaranma tarixi və məqsədi haqqında ətraflı məlumat verdi. Sonra şagirdlərlə birgə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə haqqında qarşılıqlı fikir mübadiləsi aparıldı.

Məktəbin tibb bacısı F. Hüseynova yaralıya ilk tibbi yardımın göstərilməsi qaydalarını nümayiş etdirdi.

      Sonra şagirdlər şərti xilasetmə səhnələri, yanğının söndürülməsi, əleyhqaz və s. vasitələrdən istifadə olunması qaydalarını videorolikdə izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi