Xocalı faciəsi tarixçilərin nəzərində

      Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tarix müəllimləri "Dəyirmi masa" təşkil etdilər. "Dəyirmi masa"da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix müəllimləri Xocalı faciəsinin tarixindən danışdılar: qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 1275 nəfərin əsir götürüldüyünü şagirdlərin diqqətinə çatdırdılar.  Şagirdlər Xocalı faciəsi ilə bağlı fikirlərini bildirdilər, mövzu ətrafında müzakirələr apardılar. Müzakirələrdə şagirdlər Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənlərimizi heç zaman unutmayacaqlarını söylədilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi