Xocalı faciəsi ən müdhiş faciədir!

       Xocalı faciəsinin iyirmi altıncı ildönümünə həsr olunan “Xocalı faciəsi ən müdhiş faciədir!” adlı ədəbi-bədii gecə keçirildi. Əvvəlcə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. VII və IX sinif şagirdləri XX əsrin sonlarında erməni yağılarının törətdikləri misligörünməmiş vəhşilikləri  səhnəciklərdə canlandırdılar, vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirdilər. Xocalı faciəsini əks etdirən videoçarxlar, səslənən həzin musiqilər tədbir iştirakçılarını daha da təsirləndirdi. Müxtəlif dillərdə “Xocalıya ədalət!”, ”Terrora yox deyirik!” söyləyən şagirdlərimiz faciəyə dünya ictimayətinin hüquqi qiymət verilməsinin çağırışını etdilər. Tədbirin sonunda şagirdlər vətənpərvərlik ruhunda səsləndirdikləri “Ya Qarabağ, ya ölüm!” musiqi ilə bir daha demək istədilər ki, tökülən qanlar yerdə qalmayacaq.

     Sonda məktəbin direktoru A.F.Bayramova belə tədbirlərin keçirilməsinin tarixi həqiqətlərin öyrənilməsi baxımından zəruri olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi