Şagirdlər valideynlərin, müəllimlərin qarşısında xüsusi bacarıq və istedadlarını təqdim etdilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı müvafiq əmrini rəhbər tutaraq II-III siniflərdə şagirdlər proqrama salınmış mövzulara uyğun olaraq oxuduqları nağılları səhnələşdirib valideynlərin, müəllimlərin qarşısında xüsusi bacarıq və istedadla təqdim etdilər, əsərin müsbər və mənfi qəhrəmanlarını daha emosional şəkildə canlandırdılar Təqdimat qonaqlar tərəfindən rəğbətlə qarşılandı.IV siniflərdə isə şagirdlər oxuduqları əsərləri mütaliə və müzakirə etdilər. Əsərin müzakirəsi iştirakçılarda yüksək təəssürat oyatdı. Əsərdən hazırlanmış bədii kompazisiya müvəffəqiyyətlə təqdim olundu. Əsərin qəhrəmanları barədə təəssürat, maraqlı fikirlər mütaliə vərdişlərinin əhəmiyyətini bir daha sübut etdi. Şagirdlər oxuduğu nağıllara aid çəkdikləri rəsmləri foyedə sərgilədilər.Foyedə sərgilənən “Əsərə aid ən yaxşı rəsm əsəri”nin qalibləri valideynlərin və müəllimlərin birgə rəyi əsasında müəyyənləşdi. Övladlarının bacarıq və qabiliyyətlərini seyr edən valideynlər bu kimi təqdimatların şagirdlərdə mədəniyyətin və nitq qabiliyyətlərinin inkişafında müstəsna rolu olduğunu vurğuladılar. Sonda məktəbin direktoru A.Bayramova öz rəy və təkliflərini bildirdi, mütaliə vərdişlərinin insan həyatındakı əvəzsiz rolundan, mütaliənin insanın daxili və mənəvi zənginliyinə birbaşa təsirindən danışdı, gələcək nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməsində, yüksək biliyə, bacarığa, geniş dünyagörüşə malik şagirdləri üzə çıxmasında valideyn-məktəb əməkdaşlığının vacibliyini xüsusi vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi