Şeir müsabiqəsi

    Xalqımızın yaddaşında silinməz iz qoyan Xocalı faciəsinı unutmamaq, böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hissləri aşılamaq, xüsusi  istedadı olan şagirdlərin aşkara çıxarmaq və onlarla işin təşkili məqsədi ilə “Xocalıya ədalət!” devizi altında silsilə tədbirlər keçirilir.

20 Fevral 2018-ci il tarixdə IV-V və VI-VIII siniflər arasında faciəyə həsr olunan şeir müsabiqəsi keçirildi. İlk öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra VII L sinif şagirdi Qalayeva Öznurun kamançada və XI L sinif şagirdi Quliyev Məcidin tarda həzin müşayiətilə şagirdlər faciədə yaşananları, ağlasığmaz qəddarlığı, misligörünməmiş vəhşilikləri söylədikləri şeirlərdə canlandırdılar.

    Münsiflər heyəti tərəfindən yaş qrupları üzrə I, II, III yerin qalibləri seçilərək diplomlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi