Milli-mənəvi dəyərlərimiz qürur mənbəyimizdi.

Tarixi kökə malik olan milli-mənəvi dəyərlərimiz bizim tariximizə, ana dilimizə, dinimizə,incəsənətimizə, mədəniyyətimizə olan bağlılığımızdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bilik günündə Bakıdakı 148№ li tam orta məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı fəaliyyət planına uyğun olaraq şagirdlərin milli-mənəvi dəyərlər,vətənpərvərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəbimizdə “Milli mənəvi dəyərlərimiz qürur mənbəyimizdir” mövzusunda 3d sinfində açıq dərs keçirildi.Dərsdə ümummili lider H.Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında söylədiyi müdrik fikirləri,əsrlərdən bəri formalaşmış adətlərimiz, elm, ədəbiyyat, incəsənət əsərləri, bayramlarımız, dinimiz ,qürur mənbəyimiz olan ana dilimiz, tarixi abidələrimiz haqqında fəxrlə təqdimatlar oldu. Sonda məktəbimizin direktoru A.Bayramova öz çıxışında şagirdlərə dinimizi,tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamağı, əcdadımızın bizə miras qoyduğu dəyərlərimizi qoruyub, gələcək nəsillərə hədiyyə verməyi tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi