Bir nağıl-bir gün

      Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarında ibtidai sinif müəllimliyi ixtisasında təhsil alan III kurs tələbələri 2b  “Sağlam təhsil sinfi”ndə pedaqoji təcrübə keçdilər.

      Pedaqoji təcrübənin son günündə  tələbələr əməkdar müəllim  G.Kərimova ilə birgə dərs nümunəsi təqdim etdilər. Tələbələr “Zarafat” rəvayəti ilə bağlı motivasiyaatalar sözləri əsasında qurdular. Şagirdlər qrup  işlərini tamamlayandan sonra  təqdimat və məlumatın müzakirəsini  keçirdilər. 

      Riyaziyyat dərsində  “Tutumun ölçülməsi” mövzusu “Zarafat” rəvayəti üzərində quruldu. Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlər qazandıqları bilik və bacarıqlarını nümayiş etdirdilər. Hər iki dərsdə standartlar məqsədəuyğun seçilmişdi. Elektron resurslardan, fənlərarası, fəndaxili inteqrasiyadan, kollektiv, qrup işi formasından, rollu oyunlar üsullarından istifadə olundu. Şagirdlərin aktivliyi ilə keçən dərsdə demək olar ki, qarşıya qoyulan məqsədə tam nail olundu.

      Məktəb rəhbərliyinin,  ibtidai sinif müəllimlərinin dərsin təhlili zamanı söylədikləri fikirlər və metodiki tövsiyələr tələbələrin nəzərinə çatdırıldı və onlara gələcəkdə də işlərini bu istiqamətdə qurmaq arzu edildi. Sonda pedaqoji təcrübə müddətində  davamiyyət, ünsiyyət, şagirdlərlə davranış, aktivlik və digər meyarlar üzrə  tələbələr  məktəb rəhbərliyi tərəfindən qiymətləndirildi və  uğurlar arzulandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi