“ Ətraf aləmin mühafizəsi” mövzusunda seminar

14.12.2015-ci ildə məktəbimizdə Bakı şəhər Təbii Sərvətlər Departamentinin ətraf mühitin monitorinqi və təbliğat sektorunun baş məsləhətçiləri S.Teymurov, N.Məmmədov,E.Abdullayev “ Ətraf aləmin mühafizəsi” mövzusunda seminar keçirdilər.Baş məsləhətçilər şagirdlərə ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılmasından, son illər ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdən ,ekoloji vəziyyətin sağlamlaşdırılması üçün həyata keçirilən layihələrdə su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosferin mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsindən danışdılar. Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlərin uğurla həyata keçirilməsi vurğulandı.Diskusiya şəklində keçirilən seminarda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıldı, ətraf mühitin qorunmasında şagirdlərin - hər birimizin üzərinə düşən vəzifələrdən xüsusi danışıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi