Həndəsi qurultay

    Riyaziyyat aylığı çərçivəsində VI d sinfində riyaziyyat dərsi dinlənildi. Dərsdə məktəb rəhbərliyi, ixtisas müəllimləri və qeyri ixtisas müəllimləri iştirak etdilər. Müəllim şagirdlərlə həndəsi fiqurların tarixinə səyahət etdi, Azərbaycan dili və ədəbiyyat fənni ilə  maraqlı inteqrasiya yaratdı. Riyaziyyatda fiqurların perimetri, xassələri, riyazi tənliklər folklor nümunəsi olan atalar sözləri, Azərbaycan dilinin fonetika və leksika bölməsi ilə əlaqələndirildi. Məlumatların müzakirəsi mərhələsində şagirdlər qruplarla işləyərək fiqurlar haqqında təqdimat hazırladılar. Dərsin ümumiləşdirmə və nəticə mərhələsində şagirdlər  “Həndəsi qurultay” səhnəciyini təqdim etdilər. Təqdimatda rollu oyunlar birbaşa ədəbiyyat fənni ilə əlaqələndirildi.

    Qarşılıqlı dərsdinləmə ixtisas müəllimləri ilə yanaşı, qeyri – ixtisas müəllimlərinin də müzakirəsi və tövsiyələri  ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi