İbtidai siniflərdə riyaziyyat dərslərinin dinlənilməsi davam edir

      Riyaziyyat fənninin tədrisi vəziyyətinin öyrənilməsi aylığı çərçivəsində 2f sinfində “Həndəsi fiqurlar”, 3f sinfində “Həndəsi fiqurların perimetri” mövzusunda riyaziyyat dərsi dinlənildi. Məqsəd şagirdlərin riyazi bacarıqlarının öyrənilməsi və bu bacarıqların necə tətbiq edilməsini müşahidə etmək idi. Sinif müəllimlərinin mövzunu şagirdlərə mənimsətməsi üçün istifadə etdiyi resurslar, iş forma və üsulları, inteqrasiyalar rəngarəng və maraqlı idi.

     Dərsdə şagirdlər yüksək təlim göstəriciləri nümayiş etdirərək mövzu üzərində qurulmuş məntiqi tapşırıqları asanlıqla yerinə yetirdilər. Qrup işlərində şagirdlər maraqlı təqdimat hazırladılar.

      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi