Bizləri yüksəldən dəyərlərimiz

İnsanın yaşaması bir sıra dəyərlər üzərində qurulur. Bu dəyərlər yaşamağa məna verir,istiqamət verir və hədəfləri müəyyənləşdirir. İçində yaşanan dəyərlər ortaq nöqtədə toplanır və həyatın hər anında istifadə olunur.Bizləri yüksəldən dəyərlərimizdi.16 dəyəri özündə birləşdirən “Hamı üçün inkuziya “ layihəsinə qoşulan məktəbimiz bu ay “ Sevgi “ aylığı keçirdi.Sevgi dəyərini ( vətən, təbiət və elm, ailə, dost ,peşə və s.) yuxarı sinif şagirdləri rəsmlərində, hazırladıqları slaydlarda təqdim etdilər.İbtidai siniflərdə isə ” Sevgi “ dəyəri başlığında açıq dərslər təqdim olundu. Məqsəd müəllim-şagird,şagird-şagird münasibətlərində sevgini hiss etdirmək və ötürmək idi.Hər sinifdə şagirdlər öz sevgilərini müəllimlərinə, yoldaşlarına müxtəlif yollarla-bir-birinin üstünə güllər yapışdırmaqla, öz sevgilərini yazıb ötürməklə,dilə gətirməklə, jestlərlə ifadə etdilər.Həftənin ilk dərs günündə müəllimlər üçün cox böyük sevindirici gün oldu- şagirdlər valideynlərlə birgə məktəbin foyesində rəngbərəng güllərin, ürək formasında kəsilmiş rəngli kağızların içərisində müəllimlərin hər birinin adı və ona xas xüsusiyyəti vurğulayıb təşəkkür yazılmış əl işlərindən maraqlı kompozisiya hazırlanmışdı. Müəllimlər güllərin üzərində adlarını tapib öz xüsusiyyətlərindəki alqışı oxuduqca üzlərində xoş təbəssüm, sevinc, seçdiyi peşədən məmnunluq duyulurdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi