Valideyn- məktəb əməkdaşlığı

5 dekabr 2015-ci il tarixdə məktəbimizdə ibtidai siniflər üzrə , 12 dekabr 2015-ci il tarixdə isə yuxarı siniflər üzrə valideyn iclasları keçirildi.Bu iclaslarda qarşılıqlı əməkdaşlıq çərçivəsində şagirdin təhsildə uğur qazanması üçün lazım olan bütün məqamlar müzakirə edildi, məktəbdaxili keçirilən monitorinqin nəticələri, tədris prosesində mövcud olan problemlər və onların həlli yollarından söhbətlər açıldı. 11-15 yaşlı yeniyetmələrdə deviant (pozulmuş)davranışları olan şagirdləri aşkara çıxarmaq məqsədilə valideynlərlə məktəb psixoloqu tərəfindən anket sorğu keçirildi.Məktəb rəhbərliyi siniflər üzrə bütün valideynlərlə görüşərək valideynlərin rəy və təkliflərini dinlədi, yüksək biliyə, bacarığa, geniş dünyagörüşə malik şagirdlərin yetişməsi üçün valideyn-məktəb əməkdaşlığının vacibliyini xüsusi vurğuladı.Məktəbin foyesinə qoyulmuş valideynlər üçün “Anonim arzu, təklif, problemlər qutusu”na valideynlər öz irad və təklifləri yazılmış məktublar saldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi