“Biz vətənçün doğulduq” adlı ədəbi- bədii gecə

Azərbaycan Respublikası Təhsil Nazirinin “Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” əmrinin icrası,həmçinin məktəb üzrə təsdiq edilmiş müvafiq tədbirlər planına uyğun olaraq 10 dekabr 2015-ci il tarixdə məktəbimizdə ədəbiyyat müəllimlərinin rəhbərliyi altında “Biz vətənçün doğulduq ” adlı ədəbi-bədii gecə keçirildi. İlk olaraq “ Günəşli” yatağında baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbirimiz B.Vahabzadənin öz dilindən səslənən Allah” seiri ilə başladı. Aparıcılar müdrik həyat düşüncələrini, dağlardan süzülüb gələn şəlalə kimi içindəki hissləri, duyğuları sətirlərə köçürən, söz, sənət dünyasını yeni incilərlə rövnəqləndirən, özünün dediyi kimi “ təkcə bir ananın deyil, bütöv – böyük Azərbaycanın oğluna çevirilən” Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verdilər.Tədbir iştirakçılarına B.Vahabzadə haqqında çəkilmiş televiziya filmindən fraqment təqdim olundu. B.Vahabzadənin sözlərinə yazılmış “İlk andım vətəndir” mahnısı məktəbin xor dərnəyi tərəfindən ifa edildi. Şairin yazdığı “Ana dili”, “Vətəndaş” , “Şəki” , “Mənim anam” “Biz vətənçün doğulduq”, “Yaman darıxmışam”,”Özümdən narazıyam”” Azərbaycan oğluyam”, rus və ingilis dilinə tərcümə olunmuş şeirləri kompozisiya şəklində tamaşaçılara təqdim olundu. Şovet rejimində milli varlığı tapdanan, hər cür mərhumiyyətlərə məruz qalan öz millətinin dərdini başqa ölkələrə keçirərək dilə gətirdiyi “ Özümüzü kəsən qılınc” pyesindən bir parça səhnələşdirilərək təqdim olundu. Şairin “Şəhidlər” poemasından kompozisiya səsləndi.Kompozisiyanı dinlədikcə şairin xalqın dərdinə nə qədər yandığını, bu kədəri necə dərindən duyduğunu hiss etməmək mümkün deyildi. Musiqinin müşayəti ilə “ Muğam “ qəzəli, “ Məhəbbət” şeiri , 10 L sinif şagirdi Aytən Əhmədovanın ifasında “ Gecələr” ,”Unuda bilmirəm” mahnıları tədbirə xüsusi rəng qatdı.Tədbirin bədii hissəsi “Axı dünya fırlanır” şeirinin səslənməsi ilə bitdi.Ədəbi hissədə söz tədbirimizin qonaqlarına verildi. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi, ictimai-siyasi xadimi Sabir Rüstəmxanlı poeziya aləminə qədəm qoyduğu gündən ömrünün sonuna qədər qəlbi vətən məhəbbəti, millər sevgisi ilə döyünən,əsrlərin sınağından çıxan, Azərbaycan ədəbiyyatının, bütövlüklə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi , mütəfəkkir şairi haqqında öz xatirələrini danışdı.Sonda məktəbin direktoru A.F.Bayramova tədbirdə iştirak edən qonaqlara- şair S.Rüstəmamxanlıya, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmisi Ləman xanıma, Bakı şəhər Baş Təhsil İdarəsinin metodistlərinə, valideynlərə dəvəti qəbul edib gəldikləri üçün öz təşəkkürünü bildirdı, Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən xalqının azadlıq və istiqlaliyət uğrundakı ədalətli mübarizəsinə qoşulmuş Bəxtiyar Vahabzadənin həyatının və yaradıcılığında qələmə aldığı şeir və poemaların yetişməkdə olan gənc nəslə əsl örnək olduğunu vurğuladı.Sonda tədbir iştirakçıları B.Vahabzadənin portretinin, kitablarından ibarət sərginin, foto- şəkillərindən, söylənilən müdrik fikirlərindən ibarət stendin önündə xatirə şəkli çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi