Heydər Əliyev və Müstəqil Azərbaycan

Dekabrın 12-i xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Məktəbimizdə Ulu öndərin xatirəsi böyük ehtiram və hörmətlə yad edildi .11 dekabr 2015-ci il tarixdə ilk dərslər Ümummilli liderin anım gününə həsr olundu. Dərslərdə şagirdlərə dahi şəxsiyyətin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyindən, dövlətin həyatında əvəzedilməz rolundan məlumatlar verildi , video çarxlar nümayiş etdirildi.Sinif otaqlarında,məktəbin foyesində ulu öndərin xatirəsinə ehtiram olaraq guşələr hazırlandı . Daha sonra VIII-IX sinif şagirdləri anım gününə həsr olunmuş təqdimat keçirdilər. Təqdimatda milli dövlətçiliyimizin memarı və qurucusu olan xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slaydlar nümayiş olundu, mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin həyatı, zəngin siyasi fəaliyyəti haqqında danışdılar. Təqdimatda iştirak edən tarix müəllimləri xalqımızın tarixini amansız keşməkəşlərdən uğurla keçirib yaşatmağı, inkişafa doğru istiqamətləndirməyi bacaran dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışdılar. Vurğulandı ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşayıb ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca yaşayacaqdır. O, hər zaman xalq ilə nəfəs alıb, həyatının mənasını xalqına xidmətdə görüb. Xalq da həmişə Heydər Əliyevi sevib, onunla fəxr edib, onun siyasətini dəstəkləyib və etibarlı dayağına çevrilib. Təqdimatda çıxış edən məktəbin direktoru A.F.Bayramova vurğuladı ki, öz xalqının keçmişinə, bugününə və gələcəyinə sahib çıxmaqla onun müqəddəratını həll edən ümummilli lider Heydər Əliyevi tarixin müxtəlif mərhələlərində ancaq Heydər Əliyevin özü ilə müqayisə etmək olar .Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi