Şəhidlər unudulmur!

   Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi məktəbin foyesində anıldı. Azərbaycanın azadlığı uğrunda öz canından keçməyi bacaran qəhrəman oğulların  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman vətən övladlarına həsr edilmiş şeirlər səsləndirildi və Qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi - bədii kompozisiyalar nümayiş etdirildi.

    Sonda məktəbin direktoru A.F.Bayramova 28 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmasının bugünkü gəncliyə əsl örnək olduğunu söylədi, zaman-zaman başımıza gətirilən faciələri unutmamağı, düşmənə qarşı mübariz olmağı tövsiyə etdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi