20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır!

     20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini ehtiramla yad etmək məqsədilə şagirdlər divar qəzetlərini, bukletləri, guşələri xüsusi fəallıq və vətənpərvərlik ruhunda hazırlayırlar.

    Məktəbin foyesində şagirdlərin təşkil etdikləri "20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır!" adlı sərgisinin önündən həyacansız keçmək olmur. Faciənin yaratdığı pisliklər, doğurduğu rezonans şagirdlərin əl işində və rəsmlərində öz əksini tapmışdı. Quaş, sulu boya, karandaş, tuş və s. materiallardan məharətlə istifadə edən şagirdlər ağ kağız üzərində faciənin real görüntülərini təsvir etmişdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi