Heydər Əliyev irsini öyrənirik!

      

   10 Yanvar 2018-ci il tarixində 276 nömrəli məktəbdə Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə "Açıq dərs" keçirildi. "Açıq dərs" də 3 və 246  nömrəli orta məktəbin 11-ci sinif şagirdləri iştirak etdi.

    İlk öncə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş etdirildi. Sonra Ulu öndərin irsinin yetişən nəsil tərəfindən öyrənilməsini vacib edən şərtlərdən danışıldı. Şagirdlərin diqqətinə çatdırıldı ki, Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olan Ümummilli lider Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Respublikamızın bütün sahələrində  geniş islahatların keçirilməsində, neft-qaz siyasətinin formalaşmasında, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında Heydər Əliyevin  müstəsna xidmətlərinin olduğu xüsusilə vurğulanıb. Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar haqqında da  geniş məlumat verildi.

    Sonda  şagirdlərin mövzu ilə bağlı  sualları ətraflı cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi