Maarifləndirici tədbir

    "İnsan Alverinə qarşı Mübarizə" mövzusunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon bölməsi tərəfindən maarifləndirici seminar keçirildi. Seminarda şagirdlərə insan alverinin müxtəlif formaları izah edildi. İnsan alverinə daha çox azyaşlı uşaqların, o cümlədən qadınların məruz qaldığı vurğulandı. Son illərdə Respublikamızda insan alverinə qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sisteminin mövcud olduğu söylənildi. Yuxarı sinif şagirdlərinə bu cür qanuna zidd əməllərlə, həmçinin uşaqlara qarşı kobud rəftar halları ilə qarşılaşdıqda müvafiq dövlət qurumlarına, həmçinin 24 saat ərzində fəaliyyət göstərən qaynar xəttə təcili olaraq məlumat vermək tövsiyə olundu.

   Sonda tədbir iştirakçılarına mövzuya uyğun bukletlər paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi