AMEA Riyaziyyat və Mexanika İnstitutuna maarifləndirici ekskursiya

    Şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmək imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədi ilə fənn aylıqları keçirilir. Yanvar ayı məktəbdə riyaziyyat fənn aylığıdır. Aylıq çərçivəsində tədbirlər planı tərtib olunmuş, plana uyğun olaraq şagirdlərlə riyaziyyat fənninə aid müxtəlif tipli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planına əsasən riyaziyyat müəllimləri M.Vəliyeva və İ.Kərimovanın təşkilatçılığı ilə texniki və riyaziyyat – iqtisadiyyat təmayül sinfinin şagirdləri  Riyaziyyat və Mexanika İnstitutunda oldular. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, professor M.Mərdanov şagirlərə İnstitutun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdi. Azərbaycanda riyaziyyat və mexanika elmi riyaziyyat-texniki təmayüllü məktəblərin yaranmasında, Riyaziyyat və Mexanika İnstitutunun inkişafında və ölkəmiz üçün yüksək ixtisaslı elmi işçilərin hazırlanmasında  riyaziyyatçı alimlərimizin elmi fəaliyyətlərinin xüsusi rolunu vurğuladı.

   Maarifləndirici ekskursiyada İnstitutda aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər şagirdlərdə elmi tədqiqat işlərinə marağı daha da artırdı.İnanırıq ki, bu günün şagirdləri elmin enişli-yoxuşlu yollarında yorulmadan irəliləyərək dünya elminin sürətlə inkişaf etdiyi dövrdə Azərbaycan elmində yeni uğurlar əldə edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi