Şagirdlərin asudə vaxtları səmərəli təşkil olundu

   Bu gün təhsil müəssisələrinin qarşısında son dərəcə böyük, şərəfli vəzifələr durur. Müasir gənclərimizə Azərbaycan mentaliteti, dil və ədəbiyyatı, Azərbaycan tarixi, coğrafiyası, incəsənəti, habelə zəngin maddi və mənəvi sərvətlərimiz barəsində dərin və hərtərəfli biliklər verilməli, yetişən gənc nəsildə yüksək mədəniyyət, mənəviyyat, vətənpərvərlik hissləri formalaşdırılmalıdır. Bütün bunların gənclərə aşılanmasında və onların dünyagörüşünün formalaşdırılmasında ekskursiyalar da böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə tarix aylığı çərçivəsində şagirdlər Milli Azərbaycan Tarixi Muzeyinə,  Azərbaycan Milli İncəsənət Muzeyinə, Miniatür kitab evinə ekskursiya etdilər. İncəsənət muzeyində nümayiş etdirilən çoxsaylı əsərlərdə milli ornamentlər və müasir incəsənətin müxtəlif elementlərini özündə birləşdirən eksponatlar şagirdlərin marağına səbəb oldu. Tarixi Muzeyində Azərbaycan tarixinin bütün mərhələlərini əks etdirən eksponatlar şagirdlərimizdə tarix elmi haqqında biliklərin daha da möhkəmlənməsinə səbəb oldu. Şagirdlər dərslərdə nəzəri surətdə öyrəndiklərini əyani surətdə gördülər. Ekskursiyada maddi-mədəni irsimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.

   Ekskursiyadan xoş təəssüratla qayıdan şagirdlərimizə gördükləri və aldıqları məlumatlardan təqdimatlar hazırlamaq tapşırıldı. İnanırıq ki, hazırladıqları təqdimat  maraqlı və rəngarəng olacaqdır.
  Bugünkü ekskursiya tədris prosesinin keyfiyyətinin yüksəlməsinə xidmət etməklə yanaşı, eyni zamanda şagirdlərin asudə vaxtının səmərəli keçməsinə də səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi