Mən dünyanı tanıyıram

    IV siniflər arasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan “Mən dünyanı tanıyıram” intellektual oyun keçirildi. Şagirdlərin dünyagörüşünü yoxlamaq üçün 6 mərhələnin hər birində 15 sual səsləndirildi. Gərgin və maraqlı keçən yarışda 4ç sinfini təmsil edən “Nur” komandası I yerin, 4c sinfinin “İnam” komandası II yerin, 4b sinfinin “Bilik” komandası isə III yerin qalibi oldu. Qaliblər məktəb rəhbərliyi tərəfindən diplomla təltif olundu.

    Mərhələlərarası fasilədə 7a sinif şagirdi Bağırova Nərminin və 8a sinif şagirdi Bağırov İlkinin musiqi alətində maraqlı ifaları, 3 ç sinif şagirdləri Məmmədov Rəvan və Məmmədova Zəhranın “Naz eləmə” rəqsi , 2 e sinif şagirdləri “Azərbaycan deyəndə…” şeiri əsasında hazırladıqları kompozisiya iştirakçılarda xoş təəssürat yaratdı, komandalarda zehni yorğunluğu aradan qaldırdı. Həmçinin fasilələrdə ”Dünyanın yeddi möcüzəsi”, ”Azərbaycanın tarixi abidələri” haqqında maraqlı videorolik də nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi