Açıq qapı

      16.12.2017-ci il tarixdə “Açıq qapı” günü keçirildi. Valideynlərin aktivliyi ilə keçən “Açıq qapı”da fənn müəllimləri, sinif rəhbərləri və məktəb rəhbərliyi iştirak etdi. İclasda şagirdin təhsildə uğur qazanması üçün lazım olan bütün məqamlar müzakirə edildi, məktəbdaxili keçirilən monitorinqin nəticələri, tədris prosesində mövcud olan problemlər və onların həlli yollarından söhbətlər açıldı. Məktəb rəhbərliyi siniflər üzrə bütün valideynlərlə görüşərək valideynlərin rəy və təkliflərini dinlədi, yüksək biliyə, bacarığa, geniş dünyagörüşə malik şagirdlərin yetişməsi üçün valideyn-məktəb əməkdaşlığının vacibliyini xüsusi vurğuladı. İclasda həmçinin valideynlərin məktəbə və pedoqoji prosesə münasibətinin öyrənilməsi, rəy və təklifləri əsasında strateji istiqamətlərin  planlaşdırılması məqsədi ilə hazırlanmış anonim anket-sorğu da cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi