31dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günüdür!

   Tarix müəllimləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə “31dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür!”mövzusu dəyirmi masada müzakirə olundu. Mövzu ətrafında şagirdlərin araşdırmaları və tarix müəllimi C.Hüseynovanın çıxışı dinlənildi. Təqdimatlarda dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycan-lılarının Həmrəylik Gününün Respublikamızda və  ayrı-ayrı ölkələrdə geniş qeyd olunduğu bildirildi. Vurğulandı ki, 1991-ci il dekabrın 16-da Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkən Dünya Azərbaycanlılarının Həmrəylik Gününü hər il dekabrın 31-də keçirilməsi barədə qərar qəbul edib və həmin vaxtdan etibarən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Çıxışlarda onu da bildirdilər ki,  azərbaycanlılar müxtəlif ölkələrdə yaşasalar da, milli birlik və həmrəylik ideyaları onları birləşdirir və həmfikir olaraq Azərbaycan həqiqətlərini bütün dünyada yaymaqda böyük işlər görürlər. 
  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi