9-cu siniflərin valideynləri ilə məktəb rəhbərinin növbəti görüşü

   Övladlarının tədris prosesindəki fəaliyyəti ilə tanış olub, əldə olunan nailiyyətləri birgə müzakirə etmək, şagirdlərin təhsil prosesindəki intensiv inkişafına nail olub, hər hansı bir maneəni vaxtında aşkarlayıb və vaxtında dəf etmək, qarşıdan gələn buraxılış imtahanlarına hazırlıq məqsədilə 14.12.2017-ci il tarixində məktəbdə 9-cu siniflərin valideyn iclası keçirildi. Valideynlərin bu iclasdakı aktivliyi bir daha sübut etdi ki, məktəbdə məktəb-valideyn əməkdaşlığı düzgün və səmərəli qurulmuşdur. İclasda valideynlərə 9-cu siniflərdə buraxılış imtahanlarına hazırlıq məqsədi ilə görülən işçilər, BTŞİ-nin təşkilatçılığı ilə keçirilmiş monitirinqin nəticələri barədə, şagirdlərin mənimsəmə keyfiyyətini artırmaq məqsədilə əlavə məşğələlərin keçirilməsi haqqında məlumat verildi. Səmərəli və işgüzar səviyyədə keçən bu iclasda şagirdin tədris prosesindəki irəliləyişini təmin etmək məqsədilə mühüm və vacib məsələlər müzakirə edilərək qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi