Qırmızı, yaşıl, sarı

Məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq məşğələlərində “Qırmızı, yaşıl, sarı” adlı oyun keçirildi. Müəllimlər müxtəlif metod və üsullardan istifadə etdilər. Bütün qruplarda balacalara yol hərəkəti qaydalarını pozduqda yarana biləcək təhlükəli və xoşagəlməz hallardan danışıldı, “Yol hərəkəti qaydaları”, “Yerüstü və yeraltı piyada keçidləri”, işıqfor, nəqliyyat vasitələri və s. haqqında məlumat verildi. Sonra kiçikyaşlı uşaqlar yol nişanlarını əks etdirən təqdimatlara baxdılar, kiçik səhnəciklər nümayiş etdirdilər, mövzuya uyğun mahnı oxudular. Məşğələnin sonunda uşaqların mövzunu dərketməsini  yoxlamaq məqsədi qrup işi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi