“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəbdaxili seçim mərhələsi

   “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəbdaxili seçim turu keçirildi. Məktəbin ədəbiyyat həvəskarları olan VIII – XI sinif şagirdləri kitabxanada toplaşaraq müsabiqənin müəyyən edilmiş qaydaları barədə ətraflı məlumatlandırıldılar. Ədəbiyyat həvəskarları oxuduqları əsərlərlə bağlı maraqlı müzakirələr, təhlillər apardılar.

   Sonra Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlər oxuduqları əsərlər barədə müstəqil fikirlərini öyrənmək məqsədilə tərtib olunmuş sualları cavablandırdılar. Mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdlərimizə müsabiqənin növbəti mərhələlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi