Vətənə sevgi, xalqa məhəbbət nümunəsi!

   Yuxarı sinif şagirdləri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlət müstəqilliyinə nail olaraq  onu möhkəmləndirmək  missiyalarını hazırladıqları məruzələrdə təqdim etdilər. Tarix müəllimlərinin də iştirak etdiyi dəyirmi masada Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğu yolundakı şərəfli mübarizəsi haqqında danışıldı, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçinin liderlik titulları barədə geniş fikirlər söylənildi. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə, iqtisadiyyatda, kənd təsərrüfatında aparılan islahatlara da  toxunuldu.

    Sonda şagirdlər Ulu Öndərin fəaliyyətini Vətənə sevgi, xalqa məhəbbət nümunəsi kimi dəyərləndirən şagirdlər onun işıqlı əməllərini daim yaşadacaqlarını, müstəqil Azərbaycanın günü-gündən  inkişaf edərək  çiçəklənməsi yolunda səfərbər olacaqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi