2№li pedaqoji şura iclası keçirildi

    08 dekabr  2017 – ci il tarixində Pedaqoji şuranın növbəti iclası keçirildi. İclasda gündəlik məsələlərlə bağlı məruzələr edildi, məruzələr ətrafında çıxışlar dinlənildi və müvafiq qərarlar qəbul olundu.

 Məktəbin direktoru A.Bayramova  Pedaqoji şura üzvlərinə “Təhsildə keyfiyyət ili” çərçivəsində ümumi orta təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər və qarşıda duran məsələlərdən danışdı.

     A.Bayramova “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində məktəb lisey ərazisində həyata keçirilən aksiyada pedaqoji kollektivin və şagirdlərin böyük həvəs və fəallıq göstərdikləri üçün Binəqədi Rayonu İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş təşəkkür məktubunu pedaqoji heyətin diqqətinə çatdırdı.

Sonda pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində uğurlu xidmətlərinə görə yubilyar ibtidai sinif müəllimi G.Həmzəyeva məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi