Mütaliə məktəblilərin tərbiyəsində mühüm rol oynayır.

Mütaliə məktəblilərin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Kitabı bütövlüklə oxumaq,əsəri dərk etmək mütaliə mədəniyyətinin vacib ünsürüdür. Kitab məktəblilərin marağını, mənəvi tələbatını ödəyir, təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır. Şagirdlərin mütaliəyə marağını artırmaq və asudə vaxtlarını səmərəli keçirmək məqsədilə məktəbin Azərbaycan-dili və ədəbiyyat müəllimləri şair və yazıçıların yaradıcılıqları ilə əlaqədar proqrama salınmış mövzulara uyğun olaraq oxunacaq bədii ədəbiyyatların siyahısını şagirdlərə təqdim etdilər.Şagirdlərin oxuduqları bədii əsərlərin müzakirəsi məktəb rəhbərliyi, məktəb kitabxanaçıları,ədəbiyyat fənni üzrə metodbirləşmə sədri,valideynlərin iştirakı ilə kitabxananın oxu zalında keçirildi, mövzu ətrafında diskussiya və fikir mübadiləsi aparıldı, müəyyən mövzu ilə bağlı şagirdlərin hazırladıqları rollu oyunlara və təqdimatlara baxışlar keçirildı. Asudə vaxtlarında şagirdlərin oxuduğu bəddi ədəbiyyatların hisslərinə, şüurlarına və davranışlarına müsbət təsir göstərdiyi, onların şəxsiyyət kimi formalaşmasında müsbət nəticəsi olduğu, oxuduqları bədii ədəbiyyatın köməyi ilə bir sıra həyat hadisələrini daha yaxşı mənimsəmələri, düzgün anlamaları bu günkü müzakirədə bir daha sübut olundu.Görülən işin nəticəsi olaraq “Ən fəal oxucu”,”Ən fəal kitab oxuyan sinif” nominasiyası üzrə şagirdlərə məktəbin direktoru A.F.Bayramova tərəfindən diplomlar və fəxri fərmanlar təltif olundu. Müzakirədə iştirak edən valideynlər bu kimi təqdimatların övladlarında ədəbiyyata maraq oyatdığını,nitq qabiliyytinin,dünyagörüşünün inkişafında müstəsna rol oynadığını vurğuladılar və belə təqdimatların təşkili üçün məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi