Kitabxanada bir gün

      Təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır. Şagirdlərin mütaliəyə marağını artırmaq və asudə vaxtlarını səmərəli keçirmək məqsədilə məktəbin kitabxanası da şagirdlərlə hər zaman sıx təmasdadır. Bu gün 2b sinif şagirdləri sinif təşkilat saatını kitabxanada keçirdilər. Kitabxanaçılar onlara kitabxanadan istifadə qaydaları, uşaq ədəbiyyatına aid olan kitablar haqqında ətraflı məlumat verdilər. Oxuculara dünyanın kitabxanalarını əks etdirən təqdimat nümayiş olundu.

      Sonra şagirdlər oxuduqları əsərlərdən qısa danışaraq çıxardıqları nəticəni birgə müzakirə etdilər. Müzakirələrdə milli mənəvi dəyərlərimizdən ətraflı danışdılar. Paylaşmaq dəyərimizi “Hərəyə bir portağal payı” əsərini səhnələşdirərək çatdırdılar. Şagirdlər ifa etdikləri rollarda içimizdə yaşanan dəyərlərin ortaq nöqtədə toplanaraq həyatımızın hər anında istifadə olunduğunu nümayiş etdirdilər.

      Sonda Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi müdrik kəlam səsləndirildi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi