Direktoryanı müşavirə

        06.12.17-ci il tarixdə məktəb rəhbərliyi ilə sinif rəhbərlərininin iclası keçirildi. İclasda siniflər üzrə üzrsüz dərsburaxma və dərsdən yayınma halları, məktəbli kitabçalarının vəziyyəti, şagird və müəllim portfolio (portfoliyoya daxil olan sənədlər toplusu ) sisteminin aparılması vəziyyətinin yoxlanılması zamanı qarşıya çıxan neqativ hallar müzakirə olundu. Nümunəvi işi ilə seçilən sinif rəhbərlərinə məktəb rəhbərliyi tərəfindən təşəkkür elan olundu.

       Sonra Daxili İşlər Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında keçirilən maarifləndirmə tədbirində səsləndirilən fikirlər müəllimlərin diqqətinə çatdırıldı. Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin, dini radikalizmin, internetin, narkotik vasitələrin zərərli təsirlərinin vaxtında qarşısının alınması məqsədi ilə sinif təşkilat saatlarında doğru təbliğatın aparılmasının vacibliyi qeyd edildi. Hər bir şagirdin fərdi psixoloji xüsusiyyətlərinə uyğun olaraq yanaşmaq sinif rəhbərlərinə tövsiyə edildi.


Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasıhttps://www.facebook.com/pg/bineqedirayonu.1/photos/?tab=album&album_id=895832240586727

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi