Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni

Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrasının təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmri ilə  Dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr açan Şövkət Məmmədovanın 120 illik yubileyi musiqi dərslərində qeyd olundu. Musiqi müəllimi N.Ələkbərova unudulmaz sənətkar Şövkət Məmmədovanın həyat və yaradıcılığı, onun Azərbaycan opera sənəti tarixindəki xidmətləri, ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında danışdı. Azərbaycan xalq mahnılarının bənzərsiz ifaçısı Şövkət Məmmədovanın çoxşaxəli fəaliyyəti ilə ölkəmizin musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğu şagirdlərin diqqətinə çatdırıldı. Sonra unudulmaz sənətkarın həyat və fəaliyyətini əhatə edən videolent nümayiş olundu. Milli musiqi mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş görkəmli ifaçıya həsr olunan dərsdə 9f sinif şagirdi Əminə Nəcəfova Şövkət Məmmədovanın repertuarından Gülçöhrə ("Arşın mal alan" Ü.Hacıbəyov) partiyasını xüsusi istedadla ifa etdi.
 


Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrihttp://baku.edu.gov.az/az/page/261/2686

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi