Milli vətənpərvərlik hissinin məzmunu doğma Vətənə məhəbbətdir

         Vətənə, xalqa, ana dilinə sadiq olmağı gənc nəslə aşılamaq üçün növbəti əsər müzakirəsi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi üzərində quruldu. Müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunan əsərdə xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşmək olduğunu şagirdlər əsəri təhlil edərək söylədilər. Əsərin əsas surətlərindən olan Rüstəm bəyin, Mirzə Məmmədəlinin və Səməd Vahidin geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqli olduğunu təsvir edərək qardaşların milli ənənələrdən də tamam uzaqlaşdıqlarını çatdırdılar. Sonda pyesin yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıdığını söyləyən şagirdlər bu qənaətə gəldilər ki, harada təhsil alınmaqdan asılı olmayaraq milli vətənpərvərlik hissinin məzmunu doğma Vətənə məhəbbətdir, onun tarixi keçmişi, adət-ənənələri ilə fəxr etrməkdir, Vətənin, millətin mənafeyini öz mənafeyi kimi dərk etmək və onun müdafiəsinə hər an hazır olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi