Zərərli vərdişlərə yox deyirik!

    1dekabr Ümumdünya QiÇS-lə Mübarizə Günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Bu məqsədlə məktəbdə bir sıra maarifləndirici tədbirlər keçirildi. “Zərərli vərdişlərə yox deyirik!” devizi altında şagirdlər öz düşüncə və təxəyyülünə uyğun olaraq çəkdikləri rəsmləri, narkomaniya, alkoqollu içkilər və bu kimi həyat üçün təhlükəli olan vərdişlər haqqında hazırladıqları bukletləri məktəb foyesində sərgilədilər. Həftə ərzində ibtidai siniflərdə həyat bilgisi dərslərində şagirdlərə zərərli vərdişlər, infeksion xəstəliklər, onların fəsadları, qorunmaq yolları, zərərli vərdişlərə düçar olmamaq haqqında geniş məlumatlar verildi. Biologiya müəllimləri və VIII-XI sinif şagirdləri ilə birgə hazırladıqları “Zərərli vərdişləri yox deyirik!” mövzusunda təqdimatda bir daha zərərli vərdişlər haqqında müzakirələr apardılar, zərərli vərdişlərin bir sıra xəstəliklərə, o cümlədən əsrin bəlası olan -sağalmaq faizi 0, ölüm faizi 100% olan SPİD xəstəliyinə yol açdığını vurğuladılar. Şagirdlərin narkomaniya, siqaret çəkmək, alkoqollu içkilərdən istifadə etmək kimi vərdişlərin insanlar üçün necə fəlakətlər törətdiyini hazırladıqları videoçarxda nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi