“Sağlam təhsil” sinfinin valideynləri ilə görüş

Azərbaycan Təhsil Nazirliyinin “ Sağlam Təhsil-Sağlam Millət” layihəsi çərçivəsində bu il məktəbimizdə 2 “Sağlam təhsil sinfi” yaradılıb.03 dekabr 2015-ci il tarixdə məktəbimizdə bu sinifdə təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirildi.Göruşdə məktəb rəhbərliyi, layihənin kuratoru Aynur xanım ,sinif müəllimləri və məktəb psixoloqu iştirak etdi. Layihənin kuratoru valideynlərə bir daha layihəsinin təhsil alanların təlim nailiyyətlərini yüksəltmək üçün tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətin, digər amillərin aradan qaldırılmaq olduğunu söylədi,layihə haqqında bir daha valideynlərə ətraflı məlumat verdi.Görüşdə iştirak edən məktəbin direktoru A.F.Bayramova bu siniflərdə layihənin məqsədinə uyğun olaraq tibbi-gigiyenik, pedaqoji, psixoloji və gender məsələlərinin daim məktəb rəhbərliyinin diqqət mərkəzində olduğunu,siniflərdə daimi olaraq psixoloji-pedaqoji monitorinqlər keçirildiyini söylədi. Təhsilin məqsədi yalnız əlaçıların sayını artırmaq deyil,təhsilin məqsədi ümumilikdə yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv, fiziki-psixi və mənəvi sağlam Azərbaycan vətəndaşı yetişdirməkdən ibarət olduğunu valideynlərə çatdırdı. Sonda valideynlərin fikir və təklifləri dinlənildi.Məktəb rəhbəri və sinif müəllimləri bu fikir və təkliflərin dərs prosesində mütləq nəzərə alınacağını vurğuladı. Ğörüşdə məktəblilərin sağlamlığını və düzgün inkişafını tam təmin etmək üçün sinifdənkənar mühitin də ( ev şəraitində iş və istirahət rejimi,qidalanma, fiziki tərbiyə və s.)optimallaşdırılması məqsədilə valideynlərə tövsiyyələr də verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi