Məktəbimizdə “ Riyazi məntiq” adı altında viktorina keçirildi.

Şagirdlərimizin riyazi və məntiqi bacarıqlarını üzə çıxarmaq məqsədilə məktəbimizdə 02 dekabr tarixində 8L və 8B sinifləri arasında riyaziyyat fənnindən viktorina keçirildi.Viktorinaya hər sinifdən iti hesablama qabliyyəti və riyazi məntiqi daha güclü şagirdlər cəlb olunmuşdu. Viktorina iki komanda arasında üç mərhələdə keçirildi. Hər mərhələdə komanda üzvləri dəyişilirdi. Şagirdlər seçilmiş maraqlı və əyləncəli məntiqi sualları təyin olunmuş vaxt müddətində dinamik musiqi sədaları altında yerinə yetirdilər. Uşaqlar tapşırıqları icra edərək xallar qazandılar. Münsiflər heyəti balları hesablayaraq hər iki komandanı qalib elan etdi. Viktorinada iştirak edən məktəbin direktoru A.F.Bayramova hər iki komandanı təbrik etdi, bir daha şagirdlərə dərin biliklər əldə etməyi tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi