Dosta sədaqət şagirdlərin baxışlarında

     Məktəblilərdə dosta sədaqət, iradəlilik, insanpərvərlik hisslərini inkişaf etdirmək məqsədi ilə növbəti əsər müzakirəsi S.S.Axundovun “Qaraca qız ” hekayəsi üzərində quruldu. İlk öncə şagirdlər "S.S.Axundov kimdi?" sualını cavablandırdılar. Azərbaycan dili və ədəbiyyat müəllimi Ç.Həmidova S.S.Axundovun həyat və yaradıcılığı haqqında şagirdlərin bilgilərinin ümumiləşdirərək ətraflı məlumat verdi. Sonra bütün insanlara məhəbbətlə yanaşan bir qızın dostu uğrunda fədakar ölümü təsvir edilən ”Qaraca qız” hekayəsinin təhlilinə başlanıldı. Şagirdlər hekayədəki surətləri müsbət və mənfi olaraq 2 qismə böldülər. Mənfi surətləri kobud, özlərindən razı, xəbis və lovğa, müsbət surətləri sadəqəlbli, xeyirxah, əməksevər olaraq qiymətləndirdilər. Əsərin tərbiyəvi əhəmiyyəti ümumiləşdirilərkən uşaqların pozulan hüquqlarına da toxunuldu. Şagirdlər əsərdə uşaqların istirahət, ailədə yaşamaq, tibbi yardım almaq, azad söz demək və s. hüquqlarının pozulduğunu söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi