Düşündürən gülüş

Şagirdlərdə məntiqi mühakimə yürütmək, əqli nəticə çıxarma bacarıqları və ümumiləşdirmə vərdişlərini formalaşdırmaq məqsədi ilə növbəti əsər müzakirəsi C.Məmmədquluzadənin “Quzu” hekayəsi oldu. Şagirdlər süjet xətti gülüşlə əhatə olunan əsərdə xalqın böyük dərdini araşdıraraq təhlil etdilər. Əziz xanın avamlığından, sərxoşluğundan və xəsisliyindən istifadə edən və aldadaraq bir quzuya görə ondan üç dəfə pul alan hiyləgər kəndli Kəblə Məhəmmədhüseynin ağalar ilə rəiyyət arasında yaranan münasibətlərindən hələlik yalan ilə olsa da qazanc əldə etməsini söylədilər. Kəblə Məhəmmədhüseynlə Əziz xanın qarşılaşma səhnələri xüsusi ustalıqla çatdıraraq bəylərə, xanlara, cəmiyyətə qarşı acı, kinayəli gülüş yaratmağı bacardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi