Fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqəsinin məktəbdaxili turu keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin keçirilməsi nəzərdə tutulmuşdur.
Məktəblilərin fizika və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqənin IX, X, XI sinif şagirdləri iştirakı ilə məktəbdaxili mərhələsi keçirildi. Məktəbdaxili mərhələdə şagirdlər 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetirdilər.
Növbəti mərhələyə vəsiqə alan şagirdlərə uğurlar arzulayırıq.