Biz sağlam həyatı seçirik, bəs siz?

1dekabr ümumdünya QiÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Bu məqsədlə bu gün məktəbimizdə bir sıra maarifləndirici tədbirlər keçirildi. “Zərərli vərdişlərə yox deyirik!” devzi altında şagirdlərin öz düşüncə və təxəyyülünə uyğun olaraq cəkdikləri rəsmlər , narkomaniya, alkoqollu içkilər və bu kimi həyat üçün təhlukəli olan vərdişlər haqda fikirlər yazılmış bukletlər məktəb foyesində sərgiləndi. Bütün siniflərdə biologiya və həyat bilgisi dərslərində mövzu ilə bağlı şagirdlərlə maarifləndirici söhbətlər aparıldı. Bu dərslərdə şagirdlərə zərərli vərdişlər , infeksion xəstəliklər, onların fəsadları, qorunmaq yolları , zərərli vərdişlərə düçar olmamaq haqqında geniş məlumatlar verildi. Biologiya müəllimlərinin yuxarı sinif şagirlərilə birgə hazırladıqlar “Biz sağlam həyatı seçirik, bəs siz?” mövzusunda təqdimatda bir daha zərərli vərdişlər haqqında söhbətlər aparıldı, zərərli vərdişlərin bir sıra xəstəliklərə, o cümlədən əsrin bəlası olan -sağalmaq faizi 0, ölüm faizi 100% olan SPİD xəstəliyinə yol açdığı vurğulandı. Maska taxmış şagirdlər narkomaniya və SPİD xəstəliyinə yoluxmuş gənclərin etiraf dolu həyat faciəsini canlandırdılar.Şagirdlərin narkomaniya, siqaret çəkmək, alkoqollu içkilərdən istifadə etmək kimi vərdişlərin insanlar üçün necə fəlakətlər törətdiyi haqqında hazırladıqları videoçarx nümayiş etdirildi.Təqdimatda iştirak edən məktəbin direktoru A.F.Bayramova bir daha şagirlərə zərərli vərdişlərdən uzaq olmağa,gənc, sağlam həyatlarıını zərərli vərdişlərlə puç etməməyə səslədi.Təqdimatdan sonra şagirdlər hazırladıqları maarifləndirici bukletləri bütün məktəb yoldaşlarına payladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi