“ Buz” hekayəsi təhlil olundu

Mirzə Cəlilin çox oxunan və sevilən əsərlərindən olan “Buz” hekayəsini 7-ci sinif şagirdləri təhlil etdilər. İlk öncə Azərbaycan dili və ədəbiyyat müəllimi S.Əlizadə C.Məmmədquluzadə yaradıcılığı haqqında ətraflı məlumat verdi. Sonra şagirdlər “Buz” hekayəsində xəstə yatağında qalan xalasına lazım olan anda buzu gətirib çatdıra bilməyən oğlanın səhlənkarlığı, keçirdiyi təəssüf hissi və böyüdükcə bütün hadisələri daha aydın başa düşməsini ətraflı təhlil etdilər. Əsəri təhlili edən şagirdlərimiz deyilən sözə səhlənkarlıqla yanaşmağın ölümcül azarlı xəstənin bir qəpiklik buza həsrət qoyduğunu, bir ömür boyu təəssüf hissi ilə yaşamağa gətirib çıxardığını söylədilər və əsərdən özlərinə örnək götürdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi