Səməd bəy Mehmandarov və müasir gənclik

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bilik günündə Bakıdakı 148№ li tam orta məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı fəaliyyət planına uyğun olaraq şagirdlərin milli-mənəvi dəyərlər,vətənpərvərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəbimizdə general Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar “Səməd bəy Mehmandarov və müasir gənclik “ mövzusunda tədbir keçirildi. Tədbirə Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar İdarəsinin baş zabiti,tədqiqatçı Şəmistan Nəzirli, tanınmış şair-dramaturq Zaməddin Ziyadoğlu,Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı ,Qarabağ döyüşlərinin canlı şahidi və iştirakçısı İsmayıl müəllim ,valideynlər dəvət olunmuşdu. Tədbir “ Tənha ruh” filmindən fraqmentlə başladı.Hərbi müəllim R.Şamidov generalın həyat yolundan,məktəb şagirdləri isə döyüş yolundan danışdılar,slaydlar izlənildi.Hərbi müəllim R.Şamidov şagirdlərlə birgə generalın Həzi Aslanovla həm uşaqlıq,həm də hərbi xidmət dövlərindəki dialoqu canlandırdılar.Sonra söz tədbirin qonağı-Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar İdarəsinin baş zabiti,tədqiqatçı Şəmistan Nəzirliyə verildi. Səməd bəy Mehmandarov irsinin tədqiqatçısı görkəmli sərkərdənin həyat və fəaliyyətindən, keçdiyi şərəfli hərbi xidmətlərindən, mənalı ömür yolu və hərbi fəaliyyətındən danışdı. Bildirdi ki, xidməti fəaliyyətinin böyük hissəsini çar Rusiyası ordusuna həsr etmiş Səməd bəy Mehmandarov doğma Vətəni Azərbaycanın da ordu quruculuğunda fəal işlər görüb, savadlı hərbi kadrların yetişdirilməsində bilik və bacarığını əsirgəməyib. Görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun döyüş meydanlarında yüksək peşakarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan tarixinin hərb salnaməsinə yazdığı unudulmaz səhifələrin bu günkü gəncliyə örnək olduğunu söylədi. Ş.Nəzərli üzünü şagirdlərə tutub “ Oxuyun,öyrənin,tarixi keçmişimizi yaddaşınıza yazın” söyləyərək çıxışını bitirdi. “Həqqiqi vətənpərvərlik vətənə məhəbbətdən başlayir” sözləriylə çıxışına başlayan tədbirimizin digər qonağı tanınmış şair-dramaturq Zaməddin Ziyadoğlu vətənpərvərlik hissinin ən ülvi duyğu olduğunu dedi. Özünün qələmə aldığı “ Kim güclüdü dünyada “ şeirini söyləyən şair aqil insan,ağıllı insanın güclü oldugunu vurğuladı, şagirdlərə ağıllı, aqil olmağı tövsiyyə etdi.Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının ifa etdiyi "İgid əsgər", "Vətən əmanəti", , "Can Azərbaycan", "Cənab Leytenant" mahnıları tədbir iştirakcılarında əsl vətənpərvərlik ruhu yaratdı. Sonda məktəbin direktoru A.F.Bayramavova generalın gənclərə örnək olacaq mənalı ömür yolundan danışdı, şagirdlərə bu mövzuda maraqlı və lazımlı məlumat verdiyi üçün qonaqlara xüsusı təşəkkürünü bildirdi.Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi