Müəllimlərimiz “Fənnlərarası əlaqə Azərbaycan Dövlət tarixi muzeynin nəzdində” mövzusunda keçirilən seminarda iştirak etdilər

28.XI.2015 – ci ildə Azərbaycan Dövlət Tarixi muzeyində Bakı şəhəri ümumtəhsil məktəb müəllimlərinin iştirakı ilə seminar keçirildi.Seminar Təhsil Nazirliyi,Bakı şəhəri Baş Təhsil İdarəsi,Bilik fondu və Azərbaycan Dövlət Tarixi muzeyi tərəfindən təşkil olunmuşdu.Seminarda məktəbimizin riyaziyyat müəllimi Vəliyeva Mahizər, tarix müəllimləri Qafarova Şücaət,Rzayeva Aidə və Hüseynova Ülkər iştirak edirdilər.Məqsəd “Fənnlərarası əlaqə Azərbaycan Dövlət tarixi muzeynin nəzdində” adlı layihə ilə tanışlıq idi.Seminarı muzeyin elmi işçisi Yusifova Nardanə xanım açdı.O,müəllimləri yeni layihə ilə tanış etdi. Seminarda fənnlərin dayanıqlı sistemə əsaslanmasından, abstraq təfəkkürdən söhbət açıldı.Dəyirmi masa diskusiya ilə davam etdi.Məktəbimizin tarix müəllimləri öz ideyalarını , fikirlərini bölüşdülər. Sonda müəllimlərə tapşırıqlar verildi və gələn həftənin şənbə günü görüş təyin olundu.Xatirə şəkillər çəkdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi