Məktəbimizdə “Su Qoruqçular ” ı adlı ekodərslər keçirildi.

Şagirdlərdə planetimizdəki su ehtiyatlarına məsuliyyətli yanaşmanı formalaşdırmaq, eləcə də gündəlik həyatlarında suyu qoruyub saxlamağı öyrətmək məqsədilə PepsiCo şirkətinin təşəbbüsü və “EKA” adlı Yaşıl hərəkatın dəstəyi ilə Beynəlxalq maarifləndirici “Su qoruqçuları” adlı ekologiya dərsi 8 f sinfində kimya müəllimi Ağamalıyeva Fəridənin rəhbərliyi ilə keçirildi. Eko dərsində şagirdlər su barədə maraqlı faktlarla tanış oldular və əvəzsiz sərvəti qorumağın yollarını öyrəndilər. Dərsin gedişində müəllimə şagirdlərə su ehtiyatlarının iqtisadiyyata, cəmiyyətə və planetimizin ekosisteminə nə qədər önəmli olduğu çatdırdı, XXI yüzillikdə olan su ilə bağlı aktual problemlər şagirdlərlə birgə araşdırıldı. Ekologiya dərsində şagirdlər yaradıcılıq tapşırıqlarını yerinə yetirərək bu mövzuda fikirlərini bildirdilər.Maraqlı keçən eko dərsdə şagirdlər kiçik qruplarda yaradıcı işlər ərsəyə gətirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi