“Mirzə Səfər” hekayəsi təhlil olundu

     Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, mütaliəyə maraqlarının artırılması məqsədilə məktəbin kitabxanasında mütəmadi olaraq bədii əsərlərin müzakirəsi keçirilir. 20.11.2017-ci il tarixdə 8-ci sinif şagirdləri Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsini təhlil etdilər. İlk öncə əməkdar müəllim G.Bayramova şagirdlərə Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığı haqqında məlumat verdi. Dövrün ictimai-sosial ədalətsizliyinin, nadanlığın törətdiyi faciələrin Haqverdiyev  yaradıcılığında əks olunduğunu  söylədi. Sonra “Mirzə Səfər ” hekayəsi təhlil olundu. Şagirdlər əsərdə cəmiyyətin bir sıra mənəvi-əxlaqı xarakterlərini-düzlük, doğruluq, səmimilik kimi xüsusiyyətlərin əks olunmasından danışdılar. Həsən ağanın simasında dikbaşlıq, mənəm-mənəmlik pislənildi, rüşvətxorluğun bir ictimai bəla olması qənaətinə gəlindi. Dostluğun insan həyatında əvəzolunmaz rolu müzakirə edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi