Direktoryanı müşavirə

      22 noyabr 2017-ci il tarixində direktoryanı müşavirə keçirildi. Müşavirədə IX sinifdə riyaziyyat və Azərbaycan dili fənlərini tədris edən müəllimlər, sinif rəhbərləri, nəzarətçi müəllimlər iştirak etdi. Məktəbin direktoru A.Bayramova BŞTİ-nin təşkilatçılığı ilə ümumi təhsil məktəblərinin direktorları ilə görüş zamanı müzakirə olunan məsələləri müəllimlərin nəzərinə çatdırdı. 25 noyabr 2017-ci il tarixində ümumi orta təhsil kursu üzrə Riyaziyyat və Azərbaycan dili fənlərindən keçiriləcək sınaq qiymətləndirmə ilə bağlı ətraflı məlumat verdi. Müəllimlər imtahan təlimatı ilə tanış oldular. Sinif rəhbərlərinə sınaq qiymətləndirmədə bütün şagirdlərin iştirakını təmin etmək tapşırıldı. Buraxılış imtahanlarına hazırlıq səviyyəsini öyrənmək, şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış test imtahanlarına hazırlığının təmin etmək məqsədilə fənn müəllimlərinə məktəbdaxili monitorinqin keçirilməsi tapşırıldı, təlim göstəriciləri zəif olan şagirdlərin uğurlu nəticələr əldə etməsi üçün strateji istiqamətlərin müəyyənləşdirilməsi tövsiyə olundu.


Məktəb direktorları ilə görüş keçirilib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi