Romantizmdən realizmə

Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında BŞTİ – nin müvafiq əmrinə əsasən məktəbdə tədbirlər planına hazırlanıb həyata keçirilmişdir. Tədbirlər planı çərçivəsində ədəbiyyat dərslərində, sinif təşkilat saatlarında ədəbi dilimizin zənginləşməsində böyük xidməti olan şairin misilsiz xidmətlərindən məlumatlar verilmiş, yuxarı siniflərdə esse yazı işi yazdırılmış, divar qəzetləri hazırlanmışdır. Tədbirlər planına əsasən 15.11.17-ci il tarixdə şairin yaradıcılığına həsr olunan “Romantizmdən realizmə” mövzusunda dəyirmi masa təşkil olundu. Dəyirmi masada iştirak edən ədəbiyyat müəllimləri, kitabxanaçılar, yuxarı sinif şagirdləri Vaqif yaradıcılığına birgə toxundular. XVIII əsr Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqedən danışıb, onu yüksək bəşəri hisslər, zövqlər və ideyalar şairi kimi xarakterizə etdilər. Azərbaycan ədəbiyyatında realizmin banisi sayılan M.P.Vaqifin yaradıcılığında xəlqilik, millilik, sadəlik kimi mühüm cəhətlərin öz əksini tapması və poeziyasında ehtiva olunmuş qоşma, qəzəl, müxəmməs, təcnis, müstəzad, müəşşər və s. şeirlərin xalq yaradıcılığının elementləri üzərində qələmə aldığını vurğuladılar. Qeyd olundu ki, nikbin ruhlu Vaqifin lirikasında insan gözəlliyi, eşqin və məhəbbətin estetik tərənnümü aydın bir üslubda öz əksini tapıb. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılığın əsas motivlərdən biri olduğunu vurğulayan şagirdlər şairin qarşılaşdığı ağır şəraitin onun şəxsi əhvali-ruhiyyəsinə təsir etdiyini və yaradıcılığında kəskin dönüş yaratdığını söylədilər. Şagirdlər "Bax" qəzəlini və "Görmədim" müxəmməsini söyləyərək yaşadığı mühitdə həddindən artıq ədalətsizliklərə məruz qalan şairin etirazlarını, zəmanəsindən şikayətlərinini, dövrünün eybəcərliklərini çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi