Dilimizin incəlikləri

Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində “Dilimizin incəlikləri” mövzusu VIII sinif şagirdlərinin iştirakı ilə dəyirmi masada araşdırıldı. “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” söyləyən Ulu Öndərin dilimiz haqqındakı hər kəsə örnək olan fikirlərini videorolikdə izlədilər. Sonra şagirdlər Azərbaycan dilinin tarixi, dilimizin zənginliyi haqqında arşdırmalarını hazırladıqları təqdimatlarla çatdırdılar. Dilimizin gözəlliklərindən bəhs edən bədii qiraət nümunələri, dahilərin dilimiz haqqında söylədikləri müdrik kəlamlardan nümunələr şagirdlərin ifasında maraqla qarşılandı. Sonda Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Məmmədova Mehriban ulu babalarımızdan miras qalan ən qiymətli milli sərvətimiz olan ana dilimizin gözəlliyi, incəliyi haqqında ətraflı məlumat verdi. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər ana dilimizə xüsusi diqqət yetirməklə onu yaşatmalıyıq söyləyərək, dilimiz varsa, biz də varıq deyib fikrini tamamladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi